Şənbə , İyun 13 2026
azfa

Kanada məhkəməsi İranın Sepah-nın terrorçu təşkilat olması barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada məhkəməsi artıq terror əməliyyatları dünyaya məluma olan İranın Sepah-nın terrorçu təşkilat olması barədə qərar çıxarıb.

Kanadanın Ontario Ali Məhkəməsi İranın İnqilabının Keşikçiləri Korpusunu kimi tanına Sepah-nı “terror təşkilatı” elan edib.

Qeyd edilir ki, Sepah-ın qollarından biri olan Qüds Qüvvələri daha əvvəl Kanada tərəfindən terror təşkilatı kimi tanınıb.

Bu qərar kanadalı mərhum vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcu ilə bağlı iş üzrə çıxarılıb və hakim bu borcun ödənilməməsinə qərar verib. İran şirkətinin sahibi Babək Zəncani Sepah-ı maliyyələşdirməkdə ittiham olunurdu.

Məhkəmə bu borcun ödənilməsinin Kanadanın antiterror qanunlarını pozacağını bəyan edib.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …