Şənbə , Noyabr 15 2025
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Səhənd Məali məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Səhənd Məali koronavirus təhlükəsinə görə rejimin Sarabda yerləşən zindanından məzuniyyətə buraxılıb.

Azərbaycanlı milli fəal avqustun 24-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında 30 gün müddətinə məzuniyyətə buraxılıb.

Bundan öncə isə prokurorluq tərəfindən Səhənd Məalinin məzuniyyətə buraxılması üçün qəbul edilən mülki vəsiqə ailə tərəfindən təmin olunsa da rejimin hökmləri icra edən şöbəsinin hakimi milli fəalı məzuniyyətə buraxılmasına mane olmuşdu.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Səhənd Məali iyunun 30-da öz iş yerində həbs edilərək Sarab zindanına aparılıb. Azərbaycanlı milli fəal 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da sərbəst buraxılmışdı. Lakin Məali ailəsi ilə əlaqə saxlayaraq yenidən saxlanılma səbəbini barəsində çıxarılan bir il həbs qərarı ilə bağlı olduğunu deyib.

Azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralda sərbəst buraxılmışdı.

Buna baxmayaraq təhlükəsizlik qüvvələri Məaliyə onun dosyelərinin birləşdirlmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək yenidən Sarab zindanına köçürmüşlər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Kuzey Kıprıs Türk Cumhuriyyətinin Cumhuriyyət bayramı tədbirində-Video

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) …

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə …

Bir cavab yazın