Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Krım tatarlarının Ukraynada rəhbəri istefaya göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mustafa Cəmilov Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Cəmilov vəzifəsini 18 mayda Pyotr Poroşenkonun əmriylə tərk etsə də, bu barədə informasiya yenicə yayımlanıb.

Yaxın zamanlarda bu vəzifəyə yeni nümayəndənin təyini üçün Krım Tatar Məclisinin xüsusi iclas keçirəcəyi bildirilib.

Qeyd edək ki, Ukrayna prezidentinin Krım tatar xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi Krımın Rusiyaya ilhaqından dərhal sonra yaradılıb. Tatar türklərinin tarixi yurdu Krım hazırda Rusiyanın işğalındadır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Peyman Kərimpurun adına üç yeni elektron məhkəmə bildirişi yerləşdirilib

GADTB: Son günlərdə azərbaycanlı fəal Peyman Kərimpurun elektron məhkəmə bildirişləri sistemindəki şəxsi hesabına üç yeni …

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı …

Bir cavab yazın