GADTB-nin mətbuat mərkəzinin Mehr xəbər agentliyinə istinadən yaydığı məlumata görə, İran adlanan ölkənin məclisindəki Kürd Millət Vəkilləri Birliyinin sədri Əliməhəmməd Muradi Urmiya gölünə suyun buraxılıb bərpa edilməsinə qarşı çıxıb. Urmiya gölünə tökülən çaylardan adi halda gölün suyunun 65 faizi təmin edilməli olduğu halda, kürdlər Urmiya gölünün bərpası üçün nə mübarizə aparır, nə də çayların bəndlərlə kəsilmiş suyunu gölə buraxmaq istəyirlər.
Muradi Urmiya gölünə axan çayların qarşısında vurulan bəndlərdən suyun gölə buraxılmasını yanlış hesab edib və deyib ki, Urmiya gölü böhranı Qərbi Azərbaycan vilayətinə aiddir. Həmçinin Bukanın kürd millət vəkili Məhəmməd Qəsim Osmani də Urmiya gölünə tökülən çayların suyunun bu gölə buraxılmasını kürdlərə xiyanət adlandırmışdı.
Qeyd edək ki, İran rejiminin himayəsi ilə Urmiya gölünün cənub hissəsini tamamilə kürdləşdirən kürdlər bununla bir daha sübut edirlər ki, onlar bu bölgəyə gəlmə olduqları üçün bu bölgənin təbiəti və abadlığına qətiyyən bağlılıqları yoxdur. Onlar hətta Urmiya gölü ətrafı və özlərinin köçüb sahibləndiyi yerlərin xaraba qalmasına belə razıdırlar.