Bazar ertəsi , May 19 2025
azfa

Kürdlər Azərbaycanın tarixi və coğrafi adlarını təhrif edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddətdir kürdlər Güney Azərbaycanın müxtəlif bölgələrinin, o cümlədən Daş Makı bölgəsinin tarixini və coğrafi adlarını təhrif edirlər. Kürdlər xüsusilə Güney Azərbaycanın tarixini və coğrafi adlarını dəyişməklə Azərbyacnı kürd diyarı kimi təbliğ edirlər.

Azərbaycanın tarix və coğrafi adlarını təhrif edən kürd telegram kanallarından biri : @muors telegram kanalıdır. Həmin saytı Azərbaycanın tarixini və coğrafi adlarını təhrif edib kürd adları kimi təbliğ etməyə çalışır.

Azərbaycana köçüb, indisə Azərbaycana ərazi iddiası irəli sürən kürdlər öz iddialarını əsaslandırmaq üçün Azərbaycan tarixi və coğrafi adlarını təhrif etməyə başlayıblar. Adı çəkilən telegram kanalında da Güney Azərbaycanın Daş Makı şəhəri ilə ətraf kəndlərini birləşdirən tarixi Beşgöz körpüsünün adını təhrif edərək, buranın hansısa kürd tayfasının adı ilə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, tarixi Beşgöz körpüsünün adı beş ağzı və ya beş gözü olması ilə bağlıdır və tamamilə türk adıdır. Həmin körpü Makı ilə Tikmə, Kərvan Qıran, Ağbulaq, Çəmənli, Canəziz və … kəndləri birləşdirir.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …

Bir cavab yazın