Çərşənbə , Oktyabr 14 2026
azfa

Mənəvi soyqırım törədən işğalçı fars rejimdən Güney Azərbaycanda daha bir irqçi hərəkət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda milyonlarla Azərbaycan türkünün dilini qadağan edərək, mənəvi soyqırım siyasəti həyata keçirən irqçi və işğalçı fars rejimi məktəblərin açılması ərəfəsində Güney Azərbaycana qarşı daha bir irqçi və rusvayçı hərəkət edib.

Rejimin göstərişi ilə Təbriz şəhərinin parklarının birində milyonlarla türkün dilini qadağan edib mənəvi soyqırım həyata keçirildiyi bir anda fars dili dərsliyinə abidə ucaldılıb. Bunu isə Azərbaycan türkləri Güney Azərbaycanda millətimizin mənəvi soyqırım amilinə rejim tərəfindən abidə ucadılması kimi qiymətləndirilib.

Sosial şəbəkələrdə həmçinin Azərbaycan türkləri rejimin Təbrizdə fars dili dərsliyinə abidə ucaltmasını Azərbaycan türk millətinə meydan oxumaq kimi dəyərləndiriblər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Bir cavab yazın