GADTB: Cəbhənin bir tərəfində İran İslam Respublikası və Rusiya tərəfindən dəstəklənən terrorçu Daşnaklar var. Digər tərəfdən, ov tüfəngi belə olmayan məzlum insanlar. Hücum edən tərəfin dəqiq bir planı və hədəfləri var. Bir haldaki xristian dünyası tərəfindən silahlanır, başqa tərəfdəndə özünü müsəlman adlandıran bir ölkə tərəfindən tam dəstəklənir. Bu döyüşdə qalib əvvəldən aydın bəlli olub. Daha döğrusu öncədən qərar verilib. Ancaq insanlığın mənasını ləkələndirənlər elə bir dəhşət cinayət törətdilər ki, bəlkədə dünya ikincisini görməyib.
2003-cü ilin aprelin 24-də ermənilərin yalan iddialarına qarşı toplaşmaq icazəsi tələbimiz Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz elan edildi. Həmin il ermənilərin toplaşmasına icazə verildi. Daxili İşlər Nazirliyinin davranışına etiraz edən bir bəyanat verdik və Bəyanatı yayarkən kəşfiyyatçılar tərəfindən həbs olunduq. O gün mənə vurulan hər qamçı, məni hər an əzab verən vicdan əzabımı azaldırdı. Şübhəsiz xəyalında ikinci bir ölkənin agentinə bağlı olduğumu düşünüb və bunu kəşf etmək istiyən işgəncələrlə verən təhlükəsizlik quvvələrinin məmuru heç bir ölkəyə casus olmadığımdan əmin olduqda vicdan əzabına düçar olsa da, iç duyğusunu bruzə vermədi. İndi bu işgəncəçi qarşı tərəfdə məzlumun müdafiəçisinə şallaq vurduğu üçün utanır. Məhkəmə məni cəzalandıranda suçsuzluğumdan yana qeydi şərtsiz azad edildiyimdə bunu başa düşürəm. O isə məhkəmədən gedərkən dağınıq əfkarına daldıqda, günahsız bir vətəndaşını subutu olmadan casusluqda ittihamlandırmağa çalışdığından vicdan əzabına ilişib vəona görə yolqəzasına uğrayıb, məhkəmə binasının önündə mənə şallaq vuran qolu biləngdən sındı.
Doktor Zehtabi-nin məhkəməsində bir Əsgərə dediyi dərin mənalı sözünü xatırlayıram.
O, məhkəmə qərarı ilə şallaq Voran Əsgərə deyirki: mərak etmə, olduqca möhkəm vur! Əsgər isə sual verir: bu necə bir hikayədir?!
Doktor Zehtabi isə cavabda Deyir: ” Oğlum, mən Sənə, Kim olduğuno öyrədə bilməmişəm, demək mən bir ziyalı müddəasında əsil vəzifəmdən qəflət etmişəm, Bəli, elə buna görədirki səndən istəyirəm, şallağı qəddarcasına vur, bəlkə bir da unutmayım ki, Mənim yatmış millətim var.
Səid Məhəmmədi ( Xəzər )