Cümə , İyun 20 2025
azfa

MAGATE: İranın Turquzabad anbarında uran izləri aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, MAGATE İranın Turquzabad anbarında uran izlərinin aşkarlandığını bildirib.

“Reuters” xəbər agentliyi bu barədə barədə məlumat yayıb.

MAGATE-nin yoxlamalarını yaxından izləyən həmin adlarının açıqlanmasını istəməyən iki diplomat bildirib ki, qurum İrandan məsələ ilə bağlı açıqlama tələb edib. Rəsmi Tehran isə hələ ki, tapılan uran izləri ilə bağlı quruma heç bir izahat verə bilməyib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu 2018-ci ilin sentyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyasının 73-cü sessiyasında “Google”dan xətirə ilə birlikdə “Turquzabad”da yerləşən tikilinin giriş qapısının üzərindəki yazını göstərərək, bunun İranın gizli nüvə anbarı olduğunu demişdi. O, həmçinin İsrailin bu məlumatları MAGATE-yə ötürdüyünü, lakin qurumun heç bir tədbir görmədiyini və öz müfəttişlərini araşdırmalar aparmaq üçün həmin bölgəyə ezam etmədiyini bildirmişdi. Netanyahu çıxışı zamanı sözügedən anbarın xalçayuma mərkəzinin yaxınlığında yerləşdirdiyini vurğulamışdı.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Bir cavab yazın