Çərşənbə , Oktyabr 4 2023
azfa

Millət vəkili: Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır

Bu il Azərbaycan Respublikasında məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayı çoxdur. Bu, məni narahat edən məsələdir. Hesab edirəm ki, bu, kökündən yanlış meyildir və qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib. Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və yüksək münasibətləri var:

“Amma rus dili xarici dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Amma bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır, amma biz sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır”.

Həmçinin yoxlayın

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların …

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Bir cavab yazın