Çərşənbə , Avqust 12 2026
azfa

Molla rejimi ağır zərbələrdən sonra nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazır olduğunu bildirdi

GADTB: İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin dinc məqsədlərlə nüvə enerjisini inkişaf etdirməkdən imtina etməyəcək.

 “Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, – nazir qeyd edib.

Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, istər Amerika kəşfiyyatı, istərsə də BAEA-nın məlumatlarına əsasən İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq, 60% həcmində zənginləşdirib və qısa zamanda nüvə bombası əldə edə bilər.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …