Cümə axşamı , İyun 25 2026
azfa

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir.

Bu məqsədlə rejim Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün bu su yolunun sığorta vasitəsilə idarə olunması planını təqdim edib.

 “Fars” agentliyi yazıb ki, İranın İqtisadiyyat Nazirliyi Hörmüz boğazının sığorta mexanizmi vasitəsilə idarə olunması planını irəli sürüb.

Məqsəd postmüharibə dövründə boğaz üzərində beynəlxalq hüquqa uyğun idarəetmə imkanları yaratmaq və İran üçün iqtisadi gəlir əldə etməkdir.

Məlumata əsasən, İran bu yanaşma ilə Hörmüz boğazının idarə olunmasını sığorta sistemi vasitəsilə mümkün etməyə çalışır ki, bu model həm sülh dövründə ölkələr tərəfindən qəbul olunsun, həm də boğaz üzərində nəzarət imkanını təmin etsin.

Bildirilib ki, bu plan İranın informasiya nəzarətini gücləndirməsinə və müxtəlif ölkələrə məxsus gəmilərin keçidini bir-birindən fərqləndirməsinə şərait yaradacaq.

İran İqtisadiyyat Nazirliyinin planına əsasən, bu mexanizm dəniz sığortası növlərinin və maliyyə məsuliyyəti sertifikatlarının verilməsinə imkan yaradacaq. Layihənin ilkin mərhələsində yoxlama, saxlanma və müsadirə risklərini əhatə etməyən sığorta növlərinin tətbiqi nəzərdə tutulur.

Məlumata görə, bu model aşağı risklə yanaşı, İrana 10 milyard dollardan artıq gəlir gətirə bilər.

Həmçinin qeyd edilib ki, beynəlxalq hüquqa əsasən, müharibədən sonrakı dövrdə gəmilərdən rüsum alınması mümkündür. Lakin bunun siyasi nəticələri ola bilər və bu halda boğazın idarə olunması yalnız xidmət satışı ilə məhdudlaşar.

Hesablamalara görə, belə vəziyyətdə İranın maksimum gəliri 2 milyard dollar ola bilər.

O da bildirilib ki, infrastruktur məhdudiyyətləri nəzərə alınmasa belə, xidmət satışı yüksək gəlir potensialına malik deyil. Bununla yanaşı, Hörmüz boğazının sığorta vasitəsilə idarə olunması tamamilə mülki xarakter daşıyır və rüsumlardan fərqli olaraq, ölkələr tərəfindən də qəbul oluna bilər.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …