Bazar ertəsi , Avqust 24 2026
azfa

Molla rejimin məktəbə kimyəvi-bioloji hücumları nəticəsində məktəbli qız ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 1-də molla rejiminin qız məktəblərinə etdiyi son kimyəvi hücumlar nəticəsində daha bir şagird – Sanaz Cəmşidi dünyasını dəyişib. 

Qeyd edək ki, molla rejimi tərəfindən məktəblilərə qarşı terror, demək olar ki, artıq üç aydır davam edir. Bundan öncə Qum şəhərində kimyəvi hücum nəticəsində 11 yaşlı məktəbli Fatimə Rzai vəfat edib.

Molla rejimi bu kimyəvi hücumları İran qiyamında fəallıq göstərən tələbə və şagird qızlardan intiqam almaq üçün təşkil edib. Son üç ayda 900-ə yaxın tələbə qazdan zəhərlənərək tibb məntəqələrində müalicə alıb.

Həmçinin yoxlayın

Molla rejimi Əli Babayinin məzuniyyətə buraxılmasına və elektron qandaldan istifadəsinə etiraz edilib

QADTB: Məhkəmə orqanlarının məsul şəxsləri azərbaycanlı siyasi məhbus Əli Babayinin məzuniyyətə buraxılması və elektron qandaldan …

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …