Çərşənbə , İyul 29 2026
azfa

Mossad HƏMAS və Hizbullahdan müsadirə edilən silahları İran əleyhinə olan kürd qruplarına verib

GADTB: İsrailin Ynet xəbər portalının yaydığı məlumata görə, Mossad Qəzzada HƏMAS-dan və Livanda Hizbullahdan ələ keçirilən silahların bir hissəsini İran İslam Respublikasına müxalif olan silahlı kürd qruplarının ixtiyarına verib.

Hesabatda bildirilir ki, bu addım İran hakimiyyətinin zəiflədilməsi və devrilməsinə yönəlmiş daha geniş bir planın tərkib hissəsi olub.

Ynet-in məlumatına əsasən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) də İran hökumətinə qarşı kürd qüvvələrindən istifadə olunmasını nəzərdə tutan bu layihədə iştirak edib.

Məlumatda qeyd olunur ki, plan sonradan ABŞ prezidenti Donald Trumpın göstərişi ilə ləğv edilib.

Ynet yazır ki, layihənin dayandırılması Rəcəb Tayyib Ərdoğanın təzyiqlərindən və bölgədə münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı xəbərdarlıqlardan sonra baş verib.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …