Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Muğanın Parsabad ş\hərində bir bloqer “rejim əleyhinə təbliğat” və “yalan məlumat yaymaq” ittihamları ilə saxlanılıb

GADTB: Muğanın Parsabad şəhərində sosial media fəalı və “Instagram” bloqeri təhlükəsizlik qurumları tərəfindən müəyyənləşdirildikdən sonra saxlanılıb. Ona “rejim əleyhinə təbliğat fəaliyyəti” və “virtual məkanda yalan məlumat yaymaq” ittihamlarının irəli sürüldüyü bildirilir.

Parsabadın ümumi və inqilab prokuroru saxlanılma faktını təsdiqləyərək şəxsin kimliyini yalnız “M.K.” baş hərfləri ilə açıqlayıb. Onun sözlərinə görə, həmin şəxs saxlanıldıqdan sonra təcridxanaya köçürülüb.

Yayılan məlumatda onun harada saxlanıldığı, hansı qurum tərəfindən həbs edildiyi, vəkillə görüş imkanının olub-olmaması və ittihamların irəli sürülməsinə əsas olan paylaşımların məzmunu barədə məlumat verilməyib.

Sosial mediada fəaliyyət və məzmun paylaşımı ilə bağlı, xüsusilə dinc şəkildə fikir və tənqidi mövqelərin ifadəsi ilə əlaqəli hallarda cinayət ittihamlarının irəli sürülməsi ifadə azadlığı hüququ baxımından narahatlıq doğurur.

İranın da tərəf olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinə əsasən, ifadə azadlığına qoyulan hər hansı məhdudiyyət qanuni, zəruri və paktın nəzərdə tutduğu legitim məqsədlərdən biri ilə mütənasib olmalıdır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …