Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Muğanın Şahsevən Elat Festivalında məktəblərdə türk dilinin tədrisi gündəmə gətirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən cümə günü günortadan öncə Güney Azərbaycanın Fəthəli Palaz Hamarı qışlağında Muğanın Şahsevən Elat Festivalı keçirilib. Festivala qatılan Ərdəbilin məclisdəki millət vəkili Südeyf Bədri konstitusiyanın 15-ci maddəsinə toxunaraq, deyib ki, dövlət ana dilini məktəblərdə tədris etməyə borcludur.

Bədri deyib ki, ana dilinin unudulmaması üçün konstitusiyanın 15-ci maddəsi icra edilməlidir. Lakin indiyə kimi seçkilərdə vədə verilib amma icra edilməyib. Lakin mən məktəb və universitetlərdə türk dilinin tədrisi üçün 142 millət vəkilinin imzası ilə layihə təqdim etmişəm. Dövlət türk dilini məktəblər və universitetlərdə tədris etməyə borcludur.

Qeyd edək ki, Şahsevən elat tayfalarının əksəriyyəti Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində yaşayır. Bu türk tayfası özünəməxsus həyat tərzi ilə məşhurdur. Hazırda Ərdəbil Əyalətində 80 min nəfərdən çox olan 15 min əşayir ailəsi yaşayır. Onların Ərdəbil Əyalətində sayı son iki onillikdə 30 faiz azalıb. Ərdəbil rəsmiləri bunu əşayirlərin gəlirinin az olması ilə izah edir. Şahsevən əşayirləri bir çox istisadi problemlərlə üz-üzə qaldıqları üçün doğma vətənlərini tərk edərək müxtəlif şəhərlərə köçüblər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Bir cavab yazın