PKK terror təşkilatının liderlərinin gənc kürd qızlarına təcavüz faktı ifşa edildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, terrorçu PKK lideri Murad Karayılanın terror təşkilatına qoşulan qızlarla bağlı qorxunc təlimatı üzə çıxıb.

Türkiyə təhlükəsizlik qüvvlərinə təslim olan qadın terrorçular Karayılanın azyaşlı qızlara  təcavüz etdiyini və buna qarşı çıxanları ciddi cəzalandırdığını deyib.

İraqdakı düşərgədən qaçaraq Türkiyə tərəfinə keçən 2 qadının ifadəsi PKK daxilindəki iyrənc durumu da ortaya qoyub.

Onlar bildirib ki, 2017-ci ildə yanvarda “Bole” düşərgəsinə gedən Karayılan “Paperin” və “Helin” kod adlı terrorçu qızları özüylə aparıb və 3 gün sonra geri qaytarıb.

Hər iki qız Karayılanın onların başına silah dayayıb təcavüz etdiyini deyib.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın