Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Polşa bütüm MiQ-29-larımını Ukraynaya verməyə hazır olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Polşa Ukraynanın xahişinə uyğun olaraq, ABŞ-ın sifarişi əsasında bütün MiQ-29-larını verməyə hazırdır.

Bu bəyanatı Polşa XİN yayıb.

“Polşa hakimiyyəti prezident və hökumətlə məsləhətləşdikdən sonra özünün bütün MiQ-29 qırıcılarını dərhal və pulsuz olaraq ABŞ-ın sifarişi əsasında Almaniyanın Ramştayn bazasına göndərməyə hazırdır”, – bəyanatda bildirilib.

Eyni zamanda, Polşa ABŞ-ı əvəzedici kimi müvafiq əməliyyat imkanlarına malik ikinci əl təyyarələrlə (F-16-lar nəzərdə tutulur – red.) ölkəni təmin etməyə çağırıb:

“Polşa həmin təyyarələrin alınması şərtlərini dərhal razılaşdırmağa hazırdır”.

Polşa digər NATO ölkələrinin də öz MiQ-29-larını Ukraynaya bu şərtlərlə verməyə çağırıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …