Qaşqay türkləri rejimin Şirazda Qaşqay sənətçinin konsertinə mane olmasına etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay mtürklərinin yaşadığı Şiraz şəhərində İran rejiminin qaşqay sənətçi Həmid Əhmədinin konsertinə son anda mane olması Qaşqay türklərinin ciddi etirazı ilə qarşılanıb.

Qaşqay sənətçisinin konsertinin ləğv olunmasından narazı qalan Qaşqay türkləri Şiraz şəhərinin mərkəzində yerləşən Çəmran bulvarına toplaşaraq, etiraz olaraq halay çəkib, milli rəqslər icra ediblər.

Qeyd edək ki, İran rejimi sırf ayrıseçkilik tətbiq edərək Qaşqay sənətçisi Həmid Əhmədinin konsertinə mane olub. Konsert salonuna çox sayda izləyici toplaşması və tamaşaçıların proqramın başlanmasını gözlədikləri bir vaxtda Həmid Əhmədi səhnəyə çıxaraq konsertin keçirilməsinə icazə verilmədiyi və dövlət tərəfindən ləğv olunduğunu elan edib.

Qaşqay türklərinin “Baydaq news” saytı isə konsertin ləğv edilməsini Qaşqay türklərinə qarşı İranın ayrıseçkilik siyasəti ilə əlaqələndirib.

Sayt həmçinin yazıb ki, rejim ölkədə etiraz aksiyalarının genişlənməsindən qorxduğu üçün kütləvi toplaşmalara qadağa qoymaq istədiyir.

Qeyd edək ki, İranın irqçi fars rejimi türklərə qarşı irqi ayrıseçkilik nümayiş etdirərək, onların dili və mədəniyyətini qadağan edib.

https://www.youtube.com/shorts/1Glw_obwZWU

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …