Çərşənbə axşamı , Aprel 29 2025
azfa

Qazaxıstanda Azərbaycan ziyalıları Haqveriyev və Hacıbəyli ilə bağlı beynəlxalq konfrans keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanda azərbaycanlı ziyalı və sənətkarlar Əbdürrəhim bəy Haqveriyev və Üzeyir Hacıbəyliyə ithaf edilən beynəlxalq konfrans keçiriləcək.

Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) oktyabr ayının 2-də “Türk dünyası ədəbi, mədəni və ictimai-siyasi həyatının fədailəri: Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli” adlı beynəlxalq onlayn videokonfrans keçirəcək.

Tədbir Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamına, BTA-nın Elmi Şurasının bu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş son iclasında qəbul edilən fəaliyyət planına uyğun olaraq həyata keçirilir.

UNESCO ilə sıx əməkdaşlıq şəritində keçiriləcək konfransda BTA-ya üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan (müşahidəçi üzv)) müvafiq nazirliklərinin rəhbər şəxslərinin, dünyanın müxtəlif ölkələrindən görkəmli elm adamları, ictimai xadimlər, səfirlər, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı və məruzəsi nəzərdə tutulur.

Beynəlxalq Türk Akademiyasının hazırladığı, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən tərəfindən qazax dilində nəşr edilən və Azərbaycan Xalq Cümhuriyyəti haqqında faktların, tarixi xəritələrin, sənədlərin yer aldığı “Azərbaycan Xalq Cümhuriyyəti – 100” kitabının da konfrans çərçivəsində təqdimatı keçiriləcək.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Putin Ukraynada atəşkəs elan etdi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbriz Telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

GADTB: Təbrizdə Telekommunikasiya təqaüdçüləri bu gün bazar ertəsi etiraz aksiyası keçirdilər. Onlar “Zülmü dayandırın, haqqımızı …

Bir cavab yazın