Şənbə , İyul 27 2024
azfa

Region ölkələrində saxladığı terrorçuların əmək haqqı üçün kredit istəyən molla rejimi İMF-yə yalvarır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Suriya, Livan, İraq, Yəmən və Liviyada saxladığı on minlərlə terrorçuya əmək haqqı üçün kredit almaq məqsədilə İMF-yə (Beynəlxalq Valyuta Fondu) yalvarmağa başlayıb.

ABŞ isə İranın məqsədinin məlum olmasını əsas gətirərək İMF-nin İrana istədiyi 5 milyardlıq kreditin verilməsinə mane olub.

 Bunun qarşısında isə Həsən Ruhani Beynəlxalq Valyuta Fondunun (İMF) İranın terrorçuluq üçün istədiyi krediti verməməsini ayrıseçkilik adlandırmağa başlayıb.

Onsuz da özlərinin qəsdən Çindən gətirib Qumda, oradan da ütün şəhərlərdə yaydıqları koronavirusu bəhanə edən Ruhani deyib: “Beynəlxalq təşkilatlara vəzifələrini yerinə yetirmələri üçün səslənirəm. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verərkən ayrıseçkilik edilməməlidir.”

Halbuki, ABŞ bildirir ki, İranın nə qədər dərmana və tibbi ləvazimata ehtiyacı varsa yardım etməyə hazırıq və tibbi yardım və dərman alışına heç bir sanksiya yoxdur. Lakin İran rəhbərliyi bildirir ki, heç bir dərmana və tibbi ləvazimata ehtiyacı yoxdur. Ona belə bir sual çıxır ortaya. Əgər koronavirus üçün dərmana və s. ehtiyac yoxdur onda kredit götürüb koronavirusa rüşvətmi vermək istəyirlər???

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …

Bir cavab yazın