Çərşənbə , Noyabr 30 2022
azfa

Rejim 7 nəfər Taxtur tərəfdarını yaxaladığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Hüseyin Zülfəqari İran futbol super liqası oyunlarında “İstiqlal” komandası və Təbrizin “Traxtur” komandası arasında keçən matçda 7 Traxtur tərəfdarının yaxalandığını bildirib.

Lakin hələlik azərbaycanlı fəallar tutulanlar barədə məlumatlı deyillər.

O iddia edib ki, tərəfdarların yaxalanması onların idmanla əlaqəsi olmayan davranışları ilə bağlıdır. Zülfəqari həmçinin bildirib ki, 3-4 nəfər qaldırdıqları şüara görə təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

İran daxili işlər nazirinin müavini İstiqlal-Traxtur oyununda türk tərəfdarların hərəkətlərinin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu iddia edərək, onların təhlükəsizlik və məhkəmə orqanları tərəfindən qanuna uyğun olaraq cəzalandırılacaqlarını bildirib.

Traxtur komandasının türk atərəfdarları Türkiyənin son zamanlar Suriyanın şimalında başlatdığı “Barış Pinarı” antiterror əməliyyatı üçün ölkənin lehinə şüarlar səsləndirib.

Azərbaycanlı tamaşaçılar əsgər salamı ilə Türkiyəyə və ordusuna dəstək göstəriblər. Bəzi tərəfdarlar stadionda Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb. Traxtur tərəfdarlarının əsgər salamı və dəstəkçi şüarları Türkiyə mediasında geniş əks etdirilib.

Oyun əsnasında tərəfdarlar tərəfindən açılan bir plakat İran mediasında ən çox reaksiyaya səbəb olub. Pankartda ingiliscə və türkcə “Seçim sizin: Çexoslovakiya, yoxsa Yugoslaviya” yazılmışdı. Plakatda yazılan şüar Çexoslovakiyanın Çexiya və Slovakiyaya dinc şəkildə parçalanmasına, habelə bir neçə ölkənin müstəqilliyinə səbəb olan qanlı Yuqoslaviya vətəndaş müharibəsinə işarə edib. 1992-ci ildə Çexoslovakiya referendum yolu ilə dinc bir şəkildə iki ayrı müstəqil ölkəyə bölünüb.

1980-ci illərin sonlarından 2000-ci illərə qədər davam edən vətəndaş müharibəsində təxminən 150,000-260,000 insan həyatını itirmişdi.

Həmçinin yoxlayın

Məlikanda yaxalanan bir neçə azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Məlikan şəhərində həbs …

Kanada məhkəməsi İranın Sepah-nın terrorçu təşkilat olması barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada məhkəməsi artıq terror əməliyyatları dünyaya məluma olan …

Bir cavab yazın