Şənbə , Oktyabr 17 2026
azfa

Rejim azərbaycanlı fəal Ruhulla Əhmədnəjadı ETTELAAT-dan zindanın karantin bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjadı ETTELAAT-da 1 ay saxlayıb işgəncə etdikdən sonra rejimin Təbrizdə yerləşən zindanının karantin bölməsinə köçürüb.

Qeyd edək ki, Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Rejimin ETTELAAT məmurları fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum edib məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının məmurlar tərəfindən müsadirə edildiyi bildirilir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın