Şənbə , Oktyabr 24 2026
azfa

Rejim azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadəni 1 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadəni şərləyərək 1 il həbsə məhkum edib.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il dekabrın 9-da Urmiyanın “9 Pillə” adlı ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanıb. Azərbaycanlı fəal iki gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmış və bir neçə həftə sonra rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 1 il həbsə məhkum edildiyi məlum olub.

Çaypara şəhərindən olan mühəndis Mənsur Zeynalzadə hazırda Urmiyada yaşayır, onun 39 yaşı var və evlidir.

Azərbaycanlı fəal və şair mədəni fəaliyyəti dövründə rejimin qanunlarına zidd heç bir iş görməyib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın