Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejimin Əndərian mədənini qarət etdiyi üçün Güney Azərbycanda törətdiyi ekoloji fəlakət araşdırılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan mədənlərini talaması ekoloji fəlakətə səbəb olub. Xüsusilə Əndərian qızıl mədənində baş verən ekoloji fəlakət əhalinin etirazlarından sonra araşdırılacaq.  

Şərqi Azərbaycan Ədliyyəsinin ictimai işlər və cinayətlərin qarşısının alınması üzrə müavini Əhməd Müvəqqəri deyib ki, Vərziqanın Əndərian qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsi diqqətlə araşdırılır:

«Ətraf kəndlərində mal-qaranın həlak olması ilə bağlı məsələ Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri və universitetin mütəxəssis qrupu ilə birlikdə araşdırılır. Bu qərar hələ də qüvvədədir».

Mədənə baxış keçirən Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi də bu məsələnin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq mədənin müvəqqəti bağlanması ilə bağlı verilən qərarın hələ də qüvvədə olduğunu vurğulayıb.

Qeyd edək ki, Əndərian Qızıl Mədəninin ətraf mühiti çirkləndirməsi problemi uzun illərdir davam edir. Rəsmi orqanlar, o cümlədən Ətraf Mühit İdarəsi bu barədə olan məlumatı ictimaiyyətdən gizlədərək problemin bu günkü həddə çatmasına səbəb olublar.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın