Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Rejimin rəsimisi Əndərian Qızıl Mədənin səbəb olduğu ekoloji fəlakətin araşdırılacağını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanı müstəmləkə edərək, Azərbaycanın yeraltı və yerüstü sərvətlərini vəhşicəsinə talamaqdadır. Bunun nəticəsində əksər mədənlərdə, o cümlədən Əndərian mədənində də irqçi fars rejim müstəmləkəçi kimi mədəni talayıb çıxardığı üçün ətraf mühiti ciddi şəkildə çirkləndirir.

Artıq dəhşətli fəlakətin yaranması əhalinin ciddi etirazına səbəb olub. Nəticədə rejimin Şərqi Azərbaycanda Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi təcili olaraq bu məsələyə baxılmasını tələb etdiyini bildirib.

Musa Xəlilullahi deyib: “Mədən ətraf ərazilərində mal-qaranın kütləvi şəkildə tələf olması və ətraf mühitin çirklənməsi ilə bağlı xüsusi iclas keçirilib. Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin rəisi və ekspertlərin iştirakı ilə keçirilən həmin iclasda Ətraf Mühit İdarəsi elmi araşdırma və aparılan analizlərin nəticələrini elan etdi. Bildirildi ki, ətrafa ərazilərə zəhərli maddələr sızdığı üçün mədənin fəaliyyəti məhkəmə qərarı ilə dayandırılıb”.

Musa Xəlilullahi həmçinin deyib: “Keçirilən iclasda qərara alınıb ki, Şərqi Azərbaycan Ədliyyə İdarəsinin nümayəndələri, Ətraf Mühit İdarəsinin ekspertləri, eləcədə universitetlərin geologiya və ətraf mühit üzrə ekspertləri mədənə baş çəksinlər. Onlar mədənin fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı elmi araşdırmalar aparıb, nəticəsini Ədliyyə İdarəsinə təqdim etsinlər.”

Qeyd edək ki, bir neçə gün öncə Əndərian Qızıl Mədəninin ətrafında əhalinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra rəsmi orqanlar mədənin fəaliyyətini dayandırmağa məcbur oldular.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın