Çərşənbə , Avqust 26 2026
azfa

Ruhani irqçi fars rejimin 40 il yanlış siyasətinin nəticəsini təbiətin üzırinə atdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin prezidenti Ruhani rejimin 40 il yanlış siyasətinin günahını təbiətin üzırinə atdı.

O xüsusilə qeyri-farsların bölgəsində rejim tərəfindən meşələrin qırılması, çaylara qeyri-standart su bəndlərinin tikilməsi və düzgün idarə edilməməsi və s. qeyri-standart işlərinə toxunmadan bunun nəticəsinə yaranan daşqını təbiətin üzərinə yıxdı və dedi: Son 50 ildə İranda bu miqyasda təbii fəlakət baş verməmişdir.

Qeyd edək ki, rejimin bu yanlış siyasəti nəticəsində Güney Türkmənistan tamailə su altında qalıb. Vurduqları su bəndləri dağılıb və regionu su basıb.

Həmçinin cənub-qərbdə yerləşən Fars vilayətinin Şiraz da daxil olmaqla bir neçə şəhərinə güclü sel böyük ziyan vurub. Şəhərlərin infrastrukturu tamamilə dağılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayı müxtəlif mənbələrə görə 40-60 nəfər arasındadır. Xilasedicilər ölənlərin sayının artacağı ehtimalını irəli sürüblər.

Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su basması əhalinin gediş-gəlişində problemlər yaradıb. Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük xəsarətlərin dəydiyini bildirib.

 

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın