Cümə , Aprel 19 2024
azfa

Ruhaninin Azərbaycana ərazi iddiasına cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin prezidenti Ruhani İran-türk şahı Qacar şahı xain anlandırıb. Tipik fars yanaşmasıdır. İran özünü “islam respublikası” adlandırsa da, Ruhaninin bu açıqlaması indiki İranın “fars respublikası” olduğunu bir daha göstərdi.

Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Körfəz İranın olmayıb, Ruhani yalan danışır:

“Körfəz əsrlər boyu Osmanlının ərazisi olub. Ümumiyyətlə, ərəb coğrafiyasının böyük nüfuzu əsrlər boyu son İslam xilafəti Osmanlının tərkibində idi. Qafqaz və ələlxüsus də, Azərbaycana gəldikdə biz onların deyil, onlar bizim olub. Böyük İran-Türk hökmdarları Nadir şah, Qacar özlərini türkmən, türk elinin padşahları adlandırıblar. İran hökmdarı Nadir şah Əfşar Osmanlı sultanına məktubunda özünü türkmən elinin hökmdarı adlandırıb. Türk hökmdarı Nadir şah Əfşarın dönəmində İran-türk imperiyasının hüdudları şimalda Rostov, cənubda isə Hindistana qədər gedib çıxır. Tarixdə Əfqanıstanın yeganə fəthi məhz Nadir şah Əfşarın hökmranlığı dövründə olub. Azərbaycan türkü olan Nadir şah Napoleon səviyyəsində sərkərdə, imperator idi. Qacar şah da Azərbaycan türküdür. Nadir şah, Ağa Məhəmməd şah Qacar satqın farslar tərəfindən öldürülməsəydi, ruslar heç vaxt Qafqaza girə bilməzdi. İngilislərin köməyi ilə hakimiyyətə gətirilən xain fars sülaləsi Pəhləvilərin dövründə İran geriləməyə başlayıb, hətta Britaniya və Rusiyanın yarımkoloniyasına çevrilib. İranın fars Prezidenti Ruhani yalan danışır və İranın şanlı türk keçmişinə iftira atır”.

Politoloq vurğulayıb ki, Təbriz də, Tehran da, İran da, Turan da bizimdir:

“Turanla İran bir ata və ananın iki oğlu, doğma qardaşdır. Anadolu türkləri Səlcuq, Osmanlı, özbək türkləri Əmir Teymur, Qazax türkləri Qızıl Orda, Göytürk imperiyası keçmişlərinə sahib çıxdığı kimi, biz Azərbaycan türkləri də Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacara sahib çıxmalıyıq!”

Politoloq vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etsə də, hələ də Sovet Rusiyası dövründə yazılan tarixi öyrənir, bu isə kökündən yanlışdır:

“Rusun bizə aşıladığı, özünə sərf etdiyi “tarix”dən imtina edib əsl tariximizi öyrənməli və dünyaya təbliğ etməliyik. İslam Kərimov Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində Əmir Teymura böyük heykəl ucaltdırıb və bu böyük türk imperatoruna sahiblənib. Azərbaycan da böyük türk padşahları Nadir şaha, Şah Qacara sahiblənib, bu böyük oğullarına Bakının mərkəzində nəhəng heykəllər ucaltmalıdır. Biz İranın deyilik, İran bizimdir, türkündür!”

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O, Gülüstan və Türkmənçay müqavilələrində, eləcə də bölgədə gedən digər savaşlarda İranın şimalda, şərq və qərbdə xeyli torpaqlarının işğal olunduğunu iddia edib.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın