Şənbə , İyun 13 2026
azfa

Soçi konqresində Suriya müxalifətini Türkiyə təmsil edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya müxalifəti Soçi konqresinə qatılmamağı qərara alıb və konqresdə təmsilçilik səlahiyyətini Türkiyəyə verib.

Diplomatik mənbələrdən alınan məlumata görə, Suriya Milli Dialoq Konqresinə qatılmaq üçün Ankaradan Rusiyanın Soçi şəhərinə gedən Suriyanın müxalifət heyəti hava limanında və konqres mərkəzində rejimə aid plakat və loqolar yerləşdirilməsi səbəbindən tədbirdə iştirakdan imtina edib.

Konqresdə elan olunması gözlənilən Konstitusiya Komissiyasının yaradılması istiqamətində fəaliyyətin Türkiyə tərəfindən izlənəcəyi bildirilir. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

Xatırladaq ki, Rusiya, Türkiyə və İran adlanan ölkənin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1500-dən çox nümayəndə gəlib.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın