Bazar , Oktyabr 25 2026
azfa

Təbriz keçmiş bələdiyyə başqanı Ərfəülmülkün evi tarixi əsər kimi qeydiyyata alındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, XX əsrin əvvəllərində Təbrizin bələdiyyə başqanı olmuş Ərfəülmülkün qədim evi tarixi əsərlər siyahısına salınıb.

Şərqi Azərbaycan vilayətinin Mədəni İrs, Əl Sənayesi və Turism İdarəsinin baş müdiri Əhməd Həmzəzadə, binanın 32938 nömrəsi ilə qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, evin giriş qapısının tağı tarixi əsər olduğu üçün tarixi əsərlər siyahısında qeydiyyata alınıb. Bu tarixi əsər artıq qeydiyyata alınmaqla mühafizə edilməlidir.

Qeyd edək ki, Ərfəülmül evi Təbrizin Behişti küçəsində yerləşir.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın