Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

TANAP – Türkiyə və Azərbaycan qardaşlığının rəmzi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan və Türkiyə dünya miqyasında fəal enerji siyasəti aparırlar. Bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Transanadolu boru kəmərinin (TANAP) açılışı nəinki Türkiyə və Azərbaycan üçün, eləcə də enerji resurslarının şaxələndirilməsinə ehtiyacı olan Avropa üçün çox mühümdür

“TANAP Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Türkiyəni də qismən təbii qazla təchiz edəcək”.

Nazirlikdən deyilib ki, TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir.

Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın