Çərşənbə , Avqust 26 2026
azfa

Tanınmış azərbaycanlı alim dr.Sədiq Özbəkistanda Dostluq ordeni ilə təltif edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı alim professor Hüseyn Məhəmmədzadə Sədiqi Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 29-cu ildönümü ərəfəsində “Dostluq” ordeni ilə təltif edib.

Özbəkistanın Tehrandakı səfirliyinin internet səhifəsində bu barədə məlumat yayılıb.

Məlumata əsasən, Hüseyn Məhəmmədzadə Sədiq böyük türk şair və filosof Əlişir Nəvainin əsərlərinin tədqiqi və nəşrində göstərdiyi fəaliyyətinə görə təltif edilib.

Özbəkistan prezidenti həmçinin özbək ədəbiyyatının tərcüməçisi amerikalı Mark Edward Reese, Qahirə Universitetinin professoru arxeoloq Əhməd Rəcəb Məhəmməd Əli Rizq və Yaponiya Baş nazirinin müavini və Yaponiya-Özbəkistan parlamentlərarası dostluq qrupunun sədri Taro Asonun “Dostluq” ordeni ilə təltif edilmələri haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Hüseyn Məhəmməzadə əməkli universitet müəllimi, “Təkderəxt” Nəşriyyat Evinin sahibi, eləcə də türk və fars dillərinin rəsmi tərcüməçisidir. Azərbaycanlı professor türk dili, ədəbiyyatı və tarixi haqda 200 cilddən çox kitabın müəllifidir.

Həmçinin yoxlayın

Benyamin Netanyahu: “Vəhşi” İran rəhbərləri ilə diplomatik razılaşma əldə etmək mümkün deyil

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Əsgər Əkbərzadə” Ərdəbil Fatimi xəstəxanasına köçürülüb; azərbaycanlı fəalın səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə, çərşənbə axşamı axşam saatlarında davam edən …

Bir cavab yazın