Cümə , İyun 13 2025
azfa

Tarixi Şeyx Səfiyədd kompleksi Ümumdünya İrs Siyahısından çıxarıla bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Ərdəbildə yerləşən tarixi Şeyx Səfiyəddin kompleksi Ümumdünya İrs Siyahısından çıxarıla bilər.

Buna səbəb isə İran rejiminin əlaltılarının diqqətsizliyi nəticəsində tarixi abidənin ətrafında icazəsiz tikintinin aparılmasıdır.

Qeyd edək ki, Şeyx Səfiəddin Ərdəbili Kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Lakin son illər rejimin aidiyyəti qurumları, o cümlədən Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydalara zidd olaraq çox mərtəbəli binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

Mədəni fəallar bildirirlər ki, Ərdəbildə dövlətə bağlı bir qrupun əlaqədar orqanların dəstəyi ilə şəhərin tarixi quruluşu və abidələrinin məhv edilməsi ilə nəticələnən tikinti işləri aparırlar.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …