Şənbə , Aprel 20 2024
azfa

Tarixin qadınları…Tariximizin qadınları..

GADTB: Filosof Heyninin “dünyanı qadınlar idarə edir, ancaq tarix kişilərin adına yazılır” sözü əslində Azərbaycan qadınına aid deyil. Azərbaycan tarixində qadınların rolu kişilər qədər bərabər olub. Tariximizdə qadınların qoyduğu izlər nəzər salsaq görərik ki, Azərbaycan qadını həm sərkərdə, həm lider, həm siyasətçi həm də gözəl Ana obrazında olublar.

Qədim türklərdə qadınların rolu çox böyük idi. Xatun rütbəsi xaqan rütbəsi qədər ali və yüksək idi. Türk qadını döyüşdə ərinin yanında silahla döyüşürdü. Tarixdə məşhur Amazonların Azərbaycan ərazisində yaşaması Heredotun, Homerin əsərlərində də xüsusi qeyd edilir.

Tariximizdə ilk qadın sərkərdə Tomris Xatun olub. e.ə. 530-cu ildə baş vermiş döyüş nəticəsində Kirin qoşunları tamamilə darmadağın edilmiş, Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdı.

Roma imperiyası zamanı qədim Azərbaycan dövləti olan Albaniyaya olan yürüş zamanı qadın döyüşçülərin də adı tarixçilər tərəfindən çəkilir. verirlər.  Roma tarixçisi Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra “girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi”

Ərəb xilafətinə qarşı müharibədə Babəkin xanımı Zərnisə,  XII əsrdə Atabəylər dövlətində Möminə xatun yenilməz iradəli qadın, uzaqgörən diplomat olmuşdur. Atabəylər dövlətinin başında duran Məhəmməd Cahan Pəhləvanın və onun ölümündən sonra Sultan Qızıl Arslanın arvadı olmuş İnanc xanım, sonuncu Atabəy Özbəyin arvadı Mehrcan xanım böyük siyasi və dövlət xadimləri olmuşlar.

Məhsəti Gəncəvi dövrün rejiminə üsyankar şairə qadın, ilk diplomat xanım Sara Xatun, Şah İsmayıl kimi sərkərdənin dünyaya gətirən Alamşahbəyim, Şah İsmayılın xanımı Taclıbəyim, I Şah Təhmasibin qızı Pərixan xanım, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Qubalı Fətəli xanın arvadı Tuti Bikə,  Gəncəli Cavad xanın arvadı Bəyim xanım, Şuşada bütün xeyriyyə işlərinə rəhbərlik edən və çoxsaylı mədəni abidələri tikdirən Gövhər Ağa,  Qəzvində babilərin başında duran Zərrintac xanım,

1898-ci ildə Cənubi Azərbaycanın Təbriz  şəhərində üsyana rəhbərlik edən Zeynəb xanım, Azərbaycan qaçaq hərəkatına rəhbərlik edən Gülsüm xanım, ermənilərə qarşı savaşan Tavat xanım, Qaçaq Nəbinin xanımı Həcər xanım, Əhməd bəy Cavanşirin qızı Həmidə xanım, Həsənbəy Zərdabinin qızı Pəri xanım, İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə,  Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, İlk peşəkar opera müğənniləri  Fatma Muxtarova və Şövkət Məmmədova, Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarı, ilk qadın məktəbinin direktoru Hənifə xanım Məlikova, Cəfər Cabbarının xanımı Sona, Əhməd Cavadın xanımı Şükriyyə, Mikayıl Müşfiqin xanımı Dilbər,

Azərbaycanın ilk qadın yazıçılarından, maarifçi Şəfiqə Əfəndizadə,  cümhuriyyət dövründə böyük bir dəstəyə rəhbərlik edən və dövləti qoruyan  Lənkəranda xan qızı Tuğra xanım və daha yüzlərlə xanımın adını çəkmək olar. Bu xanımlar Azərbaycan dövlətçiliyinin qoruyan, Azərbaycan mədəniyyətini dünyaya çatdıran, xalqın maariflənməsində və milli dəyərlərin qorunmasında mühüm rollar oynayıblar. Azərbaycan Cümhuriyyəti Sovet dövründə də qadınlarımız Mübariz ruhlu insanlar olublar.

Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan, Heyran xanım, Nigar Rəfibəyli kimi şairələrin də tariximizdə qoyduğu izləri unutmaq olmaz. Əminə Dilbazi, Əzizə Cəfərzadə, Sara Aşurbəyli kimi mədəniyyət və elm xadimlərini də mütləq yada salmaq lazımdır. Caz-muqam sintezini əldə edən bəstəkar  Firəngiz Əlizadə, İlk heykəltəraş qadınlar Elmira Hüseynova, Münəvvər Rzayeva kimi xanımlar da tariximizin bir parçasıdır.

İkinci dünya müharibəsində, Birinci Qarabağ və ikinci Qarabağ müharibəsində də onlarla Azərbaycan xanımı döyüşlərdə iştirak ediblər və adlarını tariximizə qızıl hərflərlə yazdırıblar.

İkinci dünya müharibəsi zamanı 30 min Azərbaycan qadını faşizmə qarşı müharibə aparırdı. Azərbaycan alimlərindən konstruktor İsmət Mehdiyevanın, bioloq Dilşad Muğalinskayanın, həkim Sonaxanım Vəlixanovanın, ilk gəmi kapitanı Şövkət Səlimova,  “partizan həkimi” ləqəbli Aliyə Rüstəmbəyova,  129 alman əsgərini öldürən Azərbaycanın ilk nişançı qadını Ziba Qəniyeva,tibb bacısı Əsmər Həsənova  və başqalarının fəaliyyəti həm ön cəbhədə, həm də arxa cəbhədə böyük əhəmiyyət kəsb etmişdi. Eyni zamanda Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyovanın, təyyarəçilər Ziba Dadaşovanın, Zərifə Qasımovanın, baş leytenant Dürrə Məmmədovanın, kəşfiyyatçı Mariya Rzayevanın adlarını çəkməmək olmur.

Qarabağ müharibəsi zamanı Milli qəhrəmanlar – Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, Vəfa Mansurova və Sücaət İsgəndərova, müstəqil Azərbaycanın ilk qadın nişançısı Növrəstə Yusifovanın, 18 yaşında qadınların müharibədə iştirakına qadağa qoyulduğu üçün saçlarını kəsərək 1991-ci ildə Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edənKəmalə Qəhrəmanovanın, kəşfiyyatçı  Gülarə Musayevanın, qadın snayper  Şükufə Musayevanın, Qarabağ müharibəsi veteranı İradə Abbasın, Şuşa özünümüdafiə batalyonunun Kərkicahan rotasında kəşfiyyatçı olmuş Xanımzər Həsənovanın və ikinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın da Azərbaycan tarixində öz yerləri və imzaları vardır.

Biz bu siyahını uzada da bilərik. Çünki Azərbaycan qadını dünya qadınları içlərində qəhrəmanlığı, əxlaqı, mədəniyyəti, ailəcanlığı, istedadı və gözəliyi ilə seçilib və seçiləcəkdir

Əziz xanımlar siz bizim həm can yoldaşımız həm də qəhrəmanımızsız..

8 mart bayramınız mübarək

Dosent Zaur Əliyev

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …