Cümə , İyun 26 2026
azfa

Tehran hərbi imkanlarının ABŞ və İsrailin hədəfə aldığı obyektlərdən daha geniş olduğunu iddia edir

GADTB: Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib ki, ölkənin hələ də gizli silah ehtiyatları mövcuddur və onun hərbi gücü tam şəkildə məhv edilməyib.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari Donald Trampın açıqlamalarına cavab olaraq deyib: “Hədəf aldığınızı düşündüyünüz mərkəzlər əhəmiyyətsizdir. Bizim strateji istehsalımız sizin məlumatınız olmayan yerlərdə həyata keçirilir və siz heç vaxt həmin məkanlara çata bilməyəcəksiniz.”

Bu açıqlamalar ABŞ və İsrailin son həftələrdə İranda minlərlə hədəfi, o cümlədən hərbi bazaları və raket sistemlərini vurduqları bir vaxtda səsləndirilib.

İranın raket hücumlarının intensivliyinin azalmasına baxmayaraq, yayılan məlumatlar Tehranın hələ də müəyyən hücumlar həyata keçirmək imkanını qoruduğunu göstərir.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …