Çərşənbə , Avqust 26 2026
azfa

Tehran və İstanbulda Güney Azərvaycan siyasi məhbuslarına azadlıq tələb edildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran və İstanbulda Güney Azərvaycan siyasi məhbuslarına azadlıq tələbilə minlərlə poster paylanıb və divarlara yapışdırıldı.

Tehranın müxtəlif məntəqələrində çox sayda poster paylanılıb. Siyasi məhbusların şəkillərini əks etdirən posterlər bir çox yerlərdə divarlardan da asılıb.

Posterlərin üzərində tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas lisani, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks olunub.

Siyasi məhbusların azadlığını tələb edən posterlər latin əlifbası ilə Azərbaycan türkcəsində yazılıb.

İstanbulda isə irqçi fars rejimi tərəfindən həbs edilən azərbaycanlı milli-mədəni fəallara azadlıq tələbi ilə minlərlə posterlər hazırlanıb divarlara yapışdırılıb.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın