Şənbə , Oktyabr 24 2026
azfa

Terrorçu sepah insanlıq dramı yaşatdığı Suriyada əhalini koronavirusa bulaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu sepah və molla rejimi İran adlanan ölkədə əhalini koronavirus bəlasına düçar etdikdən sonra indi də onsuz da cinayətkar Əsədi dəstəkləyib hakimiyyətdə saxlamaqla yarım milyon müsəlmanın qanını tökdükdən sonra bu dəfə koronavirusu Suriyaya da saldı. Artıq Suriyada Bəşər Əsəd rejiminə dəstək verən 10 iranlı döyüşçüdə yeni tip koronavirus aşkarlanıb.

Suriyanın yerli mediasının yazdığına görə, virus şübhəliləri Suriyada Rusiya, İran və Bəşər Əsəd rejiminə sadiq qüvvələrin ortaq istifadə etdiyi qərargahda aşkar olunub. Viruslu əsgərlər paytaxt Dəməşqdə karantinə alınıb.

Qərargah binası təxliyə olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı nəticəsində çox sayda itki verən Bəşər Əsəd rejiminə dəstək olmaq üçün İrannın terrorçu İnqilabı Korpusu Keşikçiləri (SEPAH) Suriyaya yüzlərlə sepah terrorçusunu göndərib.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Bir cavab yazın