Şənbə , Oktyabr 1 2022
azfa

Terrorçuların tərəfdarları Pjak simvoluna qarşı etirazda ixtişaş törətdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərində kürd terrorçuların tərəfdarları Pjak simvoluna qarşı etirazda ixtişaş törətdilər.

Dünən oktyabrın 13-də azərbaycanlı fəalların dinc aksiyası Tikantəpənin yerli olmayan kürd bələdiyyə başçısının müdaxiləsi nəticəsində qarışıb.

Azərbaycanlı gənclər Pjak və s. kürd terror qruplaşmalarının simvolunun Tikantəpədə quraşdırılmasına etiraz olaraq Bələdiyyə İdarəsinə müraciət ediblər.

Azərbaycanlı fəallar bununla bağlı Divandərrə şəhərindən olan bələdiyyə başçısı Naseh Məhəmmədxani ilə söhbət edərək, Tikantəpə əhalisinin sözügedən simvola qarşı həssas olduqlarını, bu şəhərdə çox sayda gəncin Pjak və s. kürd terrorçuları tərəfindən şəhid edildiyini bildiriblər.

Kürd terror tərəfdarı bələdiyyə başçısı isə məsələdən yayınmaq istəyib yalandan deyib ki, bu elementin başqa məzmunu vardır və hər kəs onu özünəməxsus şəkildə başa düşə bilər. 

Naseh Məhəmmədxaninin yalan sözlərindən sonra azərbaycanlı gənclər Bələdiyyə İdarəsinin həyətində toplaşıb, “bələdiyyə başçısı ixtilaf salır” şüarı səsləndiriblər. Etirazçılar “İxtilaf salan bələdiyyə başçısı işdən azad edilməlidir” və “Terror elementini qaldırın” yazılmış plakatlar da nümayiş etdiriblər. Bundan sonra Bələdiyyə İdarəsinin bir kürd məsulu da daxil olmaqla Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin tərəfdarları azərbaycanlı gənclərə hücuma keçib və tərəflər arasında qarşıdurma baş verib.

Tikantəpədə terrorçu kürdlərin planlarını Hüseyn Mikaili həyata keçirir. O keçən il Novruz bayramı vimvollarından olan Təkəm heykəlinə şəhərdən yığışdırmışdır.

Tikantəpənin imam cüməsi İsa Bəradəri isə terrorçu kürdlərin tərəfdarının bu hərəkəti ilə bağlı xəbərdarlıq edib, onların cəzalandırılmasını istəyib.

Həmçinin yoxlayın

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …

Molla rejimi bir gündə Bəluçistanı Suriyaya çevirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cümə günü sentyabrın 30-da molla rejimi Bəluçistanda əhalinin …

Bir cavab yazın