Cümə axşamı , Oktyabr 29 2026
azfa

Tramp İslam inqilabını 40 il məğlubiyyət adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp fevralın 11-də İran adlanan ölkədə İslam inqilabının 40-cı ildönümü münasibətilə şəxsi “Twitter” səhifəsində fars və ingilis dillərində paylaşdığı postlarda, İranda mollaların 40 illik hakimiyyətinin nəticəsini məğlubiyyət adlandırdı.

Tramp yazıb ki, İrandakı İslam inqilabı 40 il məğlubiyyət deməkdir. 40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi yalnız 40 il məğlubiyyətə səbəb olub. Halbuki 40 ildir əzab içində yaşayan İran milləti daha yaxşı və parlaq bir gələcəyə layiqdir.

Qeyd edək ki, dünən irticaçı molla rejimi islam inqilabının 40-cı ildönümünü zorla dövlət işçilərini və məktəbliləri küçələrə çıxarmaqla qeyd etdi.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın