Cümə axşamı , İyun 25 2026
azfa

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib

GADTB: Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Qeyd edilib ki, Qeyri-rəsmi Zirvə Görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Nazir çıxışında qlobal miqyasda geosiyasi parçalanmanın dərinləşdiyini və müxtəlif regionlarda münaqişələrin davam etdiyini qeyd edərək, bu şəraitdə regional əməkdaşlığın əhəmiyyətinin daha da artdığını vurğulayıb.

O, həmçinin Xarici İşlər Nazirləri Şurasının müntəzəm qeyri-rəsmi görüşlərinin, eləcə də 2025-ci ilin oktyabrında Qəbələ Zirvə Görüşündə təsis edilən və 2026-cı ilin martında İstanbulda daha da inkişaf etdirilən “TDT+” formatının inklüziv və strateji tərəfdaşlıqların təşviqinə xidmət etdiyini diqqətə çatdırıb.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …