Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türk ölkəsi Özbəkistan fəza tədqiqatı və texnologiyalarını inkişaf etdiri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi olan Özbəkistanda kosmik (fəza) fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Sənəddə deyilir ki, Özbəkistanda kosmik tədqiqatların və texnologiyaların inkişafı üçün lazımi təcrübə, intellektual ehtiyatlar və kosmik infrastruktur mövcuddur.

Layihədə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar üzrə Agentliyin yaradılması nəzərdə tutulur. Agentlikdə elmi-texniki və ekspert şurası fəaliyyət göstərəcək. Şuraya Müdafiə Nazirliyinin, Dövlət Geologiya Komitəsinin, İnnovasiya İnkişaf Nazirliyinin nümayəndələri daxil olacaq.

Proqramın konsepsiyası və layihəsinə görə müvafiq infrastrukturla bağlı obyektlər tikiləcək.

2019-cu il sentyabrın 1-dən Daşkənd Dövlət Texniki Universiteti, Özbəkistan Milli Universiteti və Daşkənd İnformasiya Texnologiyaları Universitetində “Tətbiqi kosmik texnologiyalar” kafedraları açılacaq və xarici ali məktəblərdə mütəxəssislər hazırlanacaq.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın