Şənbə , Oktyabr 17 2026
azfa

Türk yurdu Krımı ruslara kimlərin satdığı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk yurdu Krımdan Ukrayna ordusunun çıxarılması qərarını 2014-cü ilin yazında Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib.

Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk paylaşıb. O, bu barədə məlumatı keçmiş müdafiə naziri İqor Tenyuxun ifadələri əsasında paylaşıb.

Tenyuxun ifadələrinə əsasən, o, 2014-cü ilin 23 martında Krımdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasında hesabatla çıxış edib və Krımın verilməsinə qətiyyətlə qarşı çıxıb. Bundan sonra Şurada Sergey Paşinski çıxış edərək, nazirin Rusiya ilə müharibə istədiyini deyərək, onun sözlərinə məhəl qoymayıb.

Tenyuxun sözlərinə görə, o zaman iclasda çıxış edən indiki müdafiə naziri Stepan Poltorak da ordunun Krımdan çıxarılmasının tərəfdarı olduğunu söyləyib. O, həmçinin, o zamankı baş nazir Arseni Yaçenyukun da müqavimət məsələsinin qarşısını aldığını bildirib.

Qeyd edək ki, Krım yarımadası qədim türk yurdudur və ruslar Sovet dövründə Krım tatarlarını öz doğma diyarından departasiya ediblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın