Çərşənbə , İyul 29 2026
azfa

Türkiyə bu ölkəyə qarşı Yunan bəhanəsi ilə birləşənlərə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə əleyhinə müxtəlif yollara əl atanlar, tarixdə olduğu kimi, bu gün də məğlubiyyətə düçar olacaqlar.

Bu açıqlama ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar çıxış edib.

“Danışıqlara əhəmiyyət veririk. Bu çərçivədə biz həmişə yunan qonşularımızı danışıqlar masasına, dialoqa və siyasi həll yollarına dəvət edirik və buna davam edəcəyik. Əslində, türk heyəti ötən gün NATO çərçivəsində başladılan danışıqlarda iştirak etdi”, – Akar söyləyib.

Akar Şərqi Aralıq dənizində 15 gün ərzində 4 genişmiqyaslı hərbi təlimin keçirilməsinə də münasibət bildirib:

“Bu təlimlər təhdid deyil, bəs nədir? Söhbət dostluq və mehriban qonşuluq münasibətlərindən gedir. Silahlanma, hərbi gücləndirmələr və təlimlərlə bizə cavab verilir. Bunlar təbii ki, gərginliyi artıran hadisələrdir”.

Qeyd edək ki, Türkiyə NATO çərçivəsində Yunanıstanla görüş olduğunu təsdiqləsə də, Afina bunu təkzib etmişdi.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …

Bir cavab yazın