Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyə daha bir əməliyyata başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK-ya qarşı Türkiyənin Şırnak rayonunun Cudi dağında geniş “Yıldırım 1 Cudi” əməliyyatına başlandı.

Türkiyə daxili işlər nazirinin müavini Mehmet Ersoy və general Arif Çetin bölgədə əməliyyatı izləyir.

Sözügedən mövzu ilə bağlı M.Ersoy deyib: “Təşkilatın xain əməllərinə xidmət edənlərə qarşı 13 iyulda “Yıldırım 1 Cudi” əməliyyatına başladıq. Bu əməliyyat fasiləsiz sürəcək, Cudi dağından başlayaraq adı terrorda hallanan bütün nöqtələrdə davam edəcək… Kato, Bestler Dərələr… Ağılınıza hara gəlirsə… Bu coğrafiya içində bir terrorçu belə qalmayana qədər mübarizəmiz davam edəcək”.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Bir cavab yazın