Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə Fransanın təxribatına sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın Türkiyəyə qarşı təxribat törətməsi Türkiyənin etirazına səbəb olub.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə açıqlamasında deyib ki, Fransa bir tərəfdən dialoq istəyir, digər tərəfdən hərbi təlimlərə başlamaqla bağlı mesaj verir.

Nazir bildirib ki, təlimlərlə Türkiyənin bölgədəki fəaliyyətinin qarşısını almağı fikirləşmək boş xəyaldır:

“Türkiyə dinc şəkildə qaz yataqları ilə bağlı tədqiqatlar aparır. Cənubi Kiprdə Fransanın 3 təyyarəsi mövcuddur. Niyə buraya gəlib? Belə bir haqqınız varmı? Fransa Cənubi Kiprdə haqq sahibi ölkə deyil. Artıq hegemonluq dövrü bitib. Hər kəsin tarixi yaxşı bilməsi vacibdir”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın