Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

Türkiyə ordusu təcili döyüş vəziyyətinə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Aralıq dənizində Avropa İttifaqının “İrini” əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus “Roseline-A” ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra Türkiyə Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “E-7T-Barış Kartalı” havadan təcili xəbərdarlıq təyyarəsi Şərqi Aralıq dənizi səmalarında uçuş həyata keçirib.

Bu əsnada 3 nəhəng “A400M” hərbi karqo təyyarəsi Triploidəki Vətiyyə bazasına təchizat daşıyıb.

Bundan başqa, Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirliyi, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı rəsmilərinin iştirakı ilə məsələyə dair yaradılan İşçi Qrupunin ilk toplantısında olaya qarşı hərbi variantlar da müzakirəyə çıxarılıb. “İrini” hərəkatında Liviyadakı qiyamçı general Xəlifə Haftar qüvvələrinə yardım daşıyan ticarət gəmilərinə qarşı sərgilənən passiv davranışa reaksiya olaraq atıla biləcək addımlar dəyərləndirilib. Variantlar arasında bölgədəki türk donanmasına məxsus döyüş gəmilərinin Tobruk və Benqaziyə gedən şübhəli gəmilərdə axtarış həyata keçirməsi də var.

Bölgədə ticarət səfərlərini davam etdirən Türk bayraqlı gəmilərə qarşı bənzər olaylarda Türkiyənin döyüş gəmilərinin iştirakı ilə görüləcək tədbirlər və lazım gəldikdə icra ediləcək vəzifələr mövzusunda da şərhlər verilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Mövlud Çavuşoğluya məsələ ilə ilə bağlı təlimat vermişdi. Ərdoğanın təlimatı “cavabımızı meydanda verəcəyik, bu işin izini buraxmayacağıq” istiqamətində olub.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın