Türkiyə ordusundan yeni qələbə

Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun hücumu nəticəsində Afrinin qərbindəki Hacı İsgəndər kəndi PKK-PYD terrorçularından təmizlənib.

Həmçinin terrorçuların türk ordusuna xain zərbəsi və 11 nəfəri şəhid etməsinə cavab olaraq türk ordusunun xüsusi təyinatlı dəstələri Afrində Ömər Uşağı və Mahal Uşağı ərazilərində genişmiqyaslı əməliyyata başlayıb.

Türk ordusu təxminən 380 nəfərlik terrorçu qrupunu ərazidə mühasirəyə alıb.

Məlumata görə, terrorçulara kömək edilməsi mümkün olan hər iki istiqaməti türk əsgərləri bağlayıb.

Qeyd edək ki, türk ordusu ötən gün 11 şəhid verib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın