Çərşənbə axşamı , May 19 2026
azfa

Türkiyə Qara dənizdə qaz tapdığını bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə tarixinin ən böyük qaz kəşfini Qara dənizdə reallaşdırdı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, “Fateh” tədqiqat gəmisi iyulun 20-də başladığı qazma işlərində 320 milyard kubmetrlik təbii qaz yatağı kəşf edib.

“Daha əvvəl Tuna-1 adlandırılan bu bölgəni “Sakarya” qaz yatağı kimi dəyişdirdik. Bu sahədə tələb olunan bütün sınaq, analiz və mühəndislik işləri tamamlandı. Tədqiqatlar nəticəsində quyuda əlavə qaz yataqlarının olduğunu müəyyənləşdirmişik. Bu qaz ehtiyatı daha böyük bir qaynağın bir hissəsidir. Dərhal aşkarlanan quyuları qazmağa başlayacağıq, sonra istehsal konsepsiyasını təyin edib, tikinti və inşaat işlərinə keçəcəyik.

Yeni hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir. Sadəcə dənizlərdə deyil, quru ərazilərimizdə də tədqiqat işlərini aparırıq”.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın