Bazar , Oktyabr 25 2026
azfa

Türkiyә Yunanıstanın dənizə buraxdığı daha 65 qaçqını xilas etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri dönmək üçün dənizə buraxılan qaçqınlar Türkiyə tərəfindən xilas edilib.

Türkiyәnin İzmir şәhәrinin Karaburun vǝ Aslan Burnu  qәsәbәlәrindәn  rezin qayıqla Yunanıstana keçmәyә cәhd göstәrәn, lakin müvəffəq olmayan qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 65  qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın