Şənbə , Oktyabr 24 2026
azfa

UNESCO-ya daxil edilmiş Natəvanın “Gül dəftəri”nə sertifikat verilib

GADTB: UNESCO-ya daxil edilmiş Xurşidbanu Natəvanın “Gül dəftəri”nə sertifikat verilib.

AMEA-dan verilən xəbərə görə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, Xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyanın UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsi ilə əlaqədar UNESCO tərəfindən verilən sertifikatın əslini təqdim edib.

Qeyd edək ki, Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya 2023-cü ildə UNESCO İcraiyyə Şurası tərəfindən qəbul olunub.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …