Urmiya adının təhrif edilməsinə etiraz bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinin “Amonews” saytına istinadən yaydığı məlumata görə, bir qrup azərbaycanlı mədəni fəal və Azərbaycan Mədəniyyət Ocağı etiraz bəyanatı yayıblar. Onlar əsil Urmu və ya Urmiya adının təhrif edilmiş və saxta Orumiye adına dəyişdirilməsinə etirazlarını bildirilər.

Ortaq şəkildə yayılan bəyanatda mədəni fəallar əzəli Azərbaycan şəhərinin adının təhrif edilməsini Azərbaycan türklərinin hüquqlarının tapdanması kimi hesab edərək, bu haqsızlığa toplanma, kampaniya, bəyanat və imzatoplamaqla mədəni etirazlarını bildirəcəklərini qeyd ediblər. Azərbaycanlı mədəni fəallarla Azərbaycan Mədəniyyət Ocağının ortaq bəyanatı həmçinin Qərbi Azərbaycanın valisi və aidiyyəti başqa məsullarına ünvanlanıb.

Qeyd edək ki, irqçi İran rejiminin rasist məmurları dünən Urmiyanın Şəhər Şurasının tablosu dəyişdirilərək Urmiya adı Orumiye kimi yazılmışdır. Rejimin Urmiyaya kürd vali təyin etməsindən sonra bölgəsə anti-türk ghərəkətlər güclənib. Rejimin bu anti-türk və irqçi hərəkəti isə Azərbaycan türklərinin ciddi narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimi özünü təhlükədə görüb geri addım atdı; SEPAH komandanı İrana bağlı yaraqlılardan ABŞ-a qarşı təxribat etməmələrini istəyib

GADTB: “Əş-Şərq Əl-Əvsət” qəzeti xəbər verir ki,  SEPAH-ın Qüds qanasının komandanı İsmayıl Qaani İraqa son …

Urmiyadan qayıdarkən azərbaycanlı cütlük həbs edilib

K GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Təbriz yolunda azərbaycanlı fəallar Ulduz Qasimi …

Bir cavab yazın